1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arveladze: "Azərbaycan dostluğumuza heç kim xələl gətirə bilməz"
"AFFA ilə çox yaxşı, dostluq münasibətindəyik". Bunu Sportnet.az-a açıqlamasında Gürcüstan Futbol Federasiyasının (GFF) idman direktoru və ötənlərin tanınmış futbolçusu Arçil Arveladze deyib.
O bildirib ki, dostluq münasibətləri təkcə GFF və AFFA rəhbərliyi deyil, həm də Tiflis və Bakı, Gürcüstan və Azərbaycan səviyyəsindədir: "Bu, belə də olmalıdır. Ölkələrimiz çox yaxşı dostluq münasibətlərində yaşayırlar. Hesab edirəm ki, bu dostluğa heç kim xələl gətirə bilməz".
A.Arveladze hələlik iki ölkə yığması arasında yoldaşlıq görüşünün keçirilməsinə dair razılaşmanın olmadığını da söyləyib. Veteran futbolçu səbəb kimi Gürcüstan və Azərbaycan millilərinin növbəti ilədək təqvim planının dolduğunu göstərib. Bununla belə, federasiya rəsmisi Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının Bakıda təşkil olunan yarışlara müntəzəm qatıldıqlarını xatırladıb.
GFF nümayəndəsi hazırda Gürcüstan millisinə rəhbərlik edən Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin fəalliyyətindən də danışıb. O, 47 yaşlı mütəxəssisin işindən razılıq ifadə edib: "Artıq yeni baş məşqçinin rəhbərliyi altında millimiz 3 oyun keçirib. Komandamız artıq fərqli sistemlə oynamağa başlayıb. Əvvəllər "Simurq"da çalışmış Georgi Çixradze də indi millidə Tsxadadzenin köməkçisidir. Fikrimcə, hər şey yaxşı olacaq".
Qeyd edək ki, "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə azərbaycanlı azarkeşlər yerli fanatların təzyiqi ilə üzləşib. Oyun zamanı isə Boris Payçadze adına stadionun tribunasında Zaqata və Qaxın Gürcüstan ərazisi olduğuna dair banner nümayiş etdirilib.