UEFA Ukraynanın "Dnepr" klubunun Avropa kuboklarındakı ev oyunlarını Dnepropetrovskda keçirməsinə icazə verib. Sportnet.az-ın məlumatına görə, bu qərar ölkənin şərqində gərginliyin böyüyəcəyi təqdirdə ləğv olunacaq.
Ötən mövsüm Ukraynadakı vəziyyətlə əlaqədar ölkə klubları avrokuboklardakı rəqiblərini yalnız Lvov və Kiyevdə qəbul edirdilər. Avropa Liqasının finalınadək irəliləmiş "Dnepr" ev oyunlarını paytaxtda keçirirdi.