1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin oyununun hakimi UEFA Super Kubokunda!
İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçiriləcək futbol üzrə UEFA Super Kuboku matçına hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda baş tutacaq görüş şotlandiyalı Uilyam Kollama həvalə olunub.
Ona yan xərtt hakimləri kimi həmyerlisi Frensis Konnorla irlandiyalı Damyen Makqreyt kömək edəcək. Dördüncü hakim Qrem Çembers, əlavə köməkçi hakimlər isə Robert Medden və Kevin Klensi olacaq. Onların hamısı şotlandiyalıdır. Hakim-inspektor və UEFA nümayəndəsinin adları isə hələ açıqlanmayıb. Oyun avqustun 11-də Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, Kevin Klensi "Neftçi"nin iyulun 9-da Monteneqroda "Mladost"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün baş hakimi olacaq.