1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tale Heydərov: "Sona qədər inanırdım..."
"İlk dəfədir ki, mərhələni keçdik. Çox çətin oyun oldu. Amma komanda sona qədər mübarizə apardı. Oyunçularımızla fəxr edirik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun prezidenti Tale Heydərov Gürcütanın "Dinamo" (Tbilisi) komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O, 2:0 hesablı qələbə sayəsində mərhələ adlayan komandasının bundan sonra daha yaxşı nəticə əldə edəcəyinə inam ifadə edib: "Təbii ki, hamımız həyəcanlı idik. Lakin sona qədər inanırdım ki, qol vuracağıq. Yekunda da lazım olan qolu vurduq. Daha sonra komanda ikinci dəfə fərqləndi. İndi növbəti mərhələyə hazırlaşacağıq. Çalışacağıq ki, ikinci mərhələdə də uğur qazanaq".
T.Heydərov "Qəbələ"nin transfer planlarından da danışıb: "Hazırda danışıq apardığımız oyunçular var. Baş məşqçinin istəyinə əsasən transfer çalışmalarımızı davam etdiririk. Yenə də heyəti gücləndirəcəyik. Hücumda çatışmazlıqlar var. Ancaq zamanla hər şeyin yoluna düşəcəyinə, komandanın daha yaxşı oyun sərgiləyəcəyinə inanıram".