Azərbaycan Premyer Liqasının yayım hüququ ən azı 1 milyona satılmalıdır. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, telekanalların imkanı varsa, 5 milyon da ödəyə bilərlər.
"Rəvan"da nə dəyişdi ki, lisenziya ala bilmədiyi halda Premyer Liqaya buraxıldı?
- Fors-major deyilən bir şey var. Bir komanda özü müraciət edərək, göstərir ki, Premyer Liqadan imtina edirik. 9 komanda ilə çempionat keçirsəydik, bütün mətbuat bizi biabır edərdi. Sağ olsun, "Rəvan" rəhbərliyi. Sentyabrın sonlarınadək bizə söz veriblər ki, lisenziya ilə bağlı problemi yoluna qoyacaqlar.
- AFFA "Simurq"a komandanı Premyer Liqada saxlamaq üçün 400 min manat təklif edib?
- "Simurq" Azərbaycan çempionatına rəng verdi. Amma vəziyyət elə gətirdi ki, klubun prezidenti və maliyyələşdirənlər nə baş verdiyini bilir. Çempionatın sonuna yaxın futbolçuların yerə oturmalarını özümə təhqir bildim. Azarkeşlər qədər mən də istərdim ki, "Simurq" çempionatda qalsın. Amma klubların maliyyə problemləri var. Böyük azarkeşləri olan komandalar bankrot olurlar. Kluba imkan daxilində kömək etmək istədik. Məbləği demək istəmirəm. Amma təklifimizi qəbul etmədilər.
- Niyə məhz "Rəvan"?
- Hansı komandanın maddi vəziyyəti imkan verirsə, söz verirəm ki, çempionatın əvvəlinə bir həftə qalmış pulu olsa, 12 komandalı çempionat keçirməyə hazıram. Biz bilirik ki, kimin imkanı var, kimin imkanı yox. Ona görə dəvət etdik "Rəvan" rəhbərliyi, təklifimizi qəbul etdilər. Bilirəm ki, bu klubun imkanı var.
- "Bəs "İnter"in aqibəti necə olacaq?
- "İnter"in heç bir problemi olmayacaq. Hazırda komanda gözəl oyunla azarkeşləri sevindirir. AFFA rəhbərliyi də "İnter"lə birgədir.
- "Neftçala" birinci divizionda qalib olduğu halda, Premyer Liqaya çıxa bilmir. Niyə?
- "Kəpəz" Premyer Liqadan enəndə, bizi pisləyirdiniz. Amma indi Gəncə təmsilçisini dəvət etmişik, narazılıq edirsiniz. Məşhur filmdə deyildiyi kimi, "Biri deyir "oxu", o biri deyir "oxuma". Gəncədə futbolun inkişafı üçün hər cür imkanlar var. Hansı rayonda icra başçıları klublara baxır? "Neftçala" rəhbərliyi ilə görüşmüşəm. Deyirlər ki, klub olaraq, Premyer Liqada çıxış etməyə hazır deyillər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |