
Rusiyanın "Mordoviya" klubunun sabiq futbolçusu Aleksandr Vlaskin qətlə yetirilib. Sportnet.az-ın xəbərinə görə, 28 yaşlı hücumçu ötən gecə Saranskda naməlum şəxs tərəfindən bıçaqlanıb.
Qətlin təfərrüatları barədə məlumat verilmir. Klubun rəsmi saytı Vlaskinin doğmalarına və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Aleksandr Vlaskin Mordoviya futbolunun yetirməsidir. O, "Lisma", "Lokomotiv-TRZ", "Sareks-Mordoviya", "Mordoviya", "Vımpel", "Lyambir", "Universitet" komandalarında çıxış edib.















































































