1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Apollon"un saytı sökülüb-yığıldı
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin "Apollon" klubunun rəsmi saytı haker hücumuna məruz qalıb. Sportnet.az-ın məlumatına görə, dağıdılmış saytda Türkiyə, Azərbaycan və Şimali Kirp Türk Cümhuriyyətinin bayraqları, eləcə də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun Kiprdə penalti zərbəsindən vurduğu qoldan sonra etdiyi jestin fotoları yerləşdirilib.
Fotoların altında "Respect Javid" və "Azerbaijan Black Hats" sözləti yazılıb.
Saytın fəaliyyəti bir müddət sonra bərpa olunub.
Qeyd edək ki, Kiprdə keçirilmiş ilk görüşdə Azərbaycan bayrağı yandırılmış, meydanda olarkən "Qəbələ"nin futbolçularına tribunalardan kənar əşyalar atılmışdı.