1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Oyunu itirmək olar, oyunçunu yox"
"Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyub.
Təcrübəli mütəxəssis bildirib ki, "Neftçi” oturuşmuş heyətə malik olsa da, "Kəpəz” yeni formalaşıb: "Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm "Neftçi”, həm də "Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu göstərdilər".
Diniyev Şəhriyar Əliyevin qırmızı vərəqə almasından da danışıb: "O, qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, oyunçunu yox. Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”.