"Qəbələ” Avropada böyük bir klub sayılmır. Lakin onlar 3 mərhələ keçməyi bacarıblar. Buna görə də onlara zəif baxmamalıyıq”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri Yunanıstan mətbuatına açıqlamasında "Panatinaikos”un baş məşqçisi Yannis Anastasio deyib.
Baş məşqçi həmçinin, Bakıda gözlənilən fərqli hava şəraitindən və qələbənin önəmindən danışıb.
"Biz futbol oynamağa gediriksə iqlim və başqa amillər bizə təsir etməməlidir. Biz qələbə üçün oynamalı və ciddi olmalıyıq. İlk matçda qalib gəlməliyik ki, evdə işimiz daha rahat olsun”.
Qeyd edək ki, sabah, "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da "8-ci km” stadionunda baş tutacaq.