"Düşünürəm ki, növbəti mərhələyə adlamaq potensialımız var. Güclü oyunçularımız var. Amma komandanı yenə gücləndirmək istəsək də, alınmadı. Bildiyimiz kimi Cavid və Ürfan yoxdur. Ancaq komandaya inanın". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
O, bildirib ki, Cavid Hüseynovun komandadan gedişi itkidir. Buna baxmayaraq komandada digər oyunçular da var. R.Qriqorçuk futbolçuların psixoloji baxımdan hazır olduğunu qeyd edib: "Oyunun ilk olaraq evdə oynamağımızın mənfi və ya müsbət cəhəti yoxdur. "Panatinaikos" səviyyəli komandadır və səviyyəli oyunçuları var. Oyundan öncə kimin favorit olduğunu demək olmaz".
Baş məşqçi əhvalın yaxşı olduğunu və diqqətin oyuna yönəldiyini söyləyib. Ukraynalı mütəxəssis bu oyunda cəza səbəbindən meydana çıxmayacaq Ürfan Abbasovu Rikardinyo, Arif Daşdəmirov və ya Məhəmməd Mirzəbəyovla əvəzləyəcəyini bildirib.
Kipr "Apollon"u üzərində qalibiyyətdən sonra aerodrom kepka ilə mətbuat konfransına gələn Qriqarçuk yeni qələbə sevincini qrup mərhələsinədək təxirə salmağın lazımlığını deyib: "Düşünmürəm ki, hər iki komanda kombinasiyalı futbol oynasın. Əlbəttə, meydança yaxşı vəziyyətdə olsa, bu daha yaxşı olardı. Amma indiki vəziyyətdə bu hər iki komanda üçün bu, qeyri-mümkündür. İstənilən halda "Qəbələ"nin gələcəyi parlaq, işıqlı olacaq. Bizim komanda inkişafa doğru gedir".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |