1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Robert Prosineçki bizim adamdır"
"Biz Azərbaycan və Norveç üzərində evdə qazandığımız inamlı qələbələrimizi yaddan çıxarmalıyıq". Sportnet.az-ın məlumatına görə, bunu Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç Azərbaycan və Norveç yığmaları ilə səfərdə keçirəcəkləri AVRO-2016-nın seçmə qrup matçlarından öncə deyib.
44 yaşlı mütəxəssis bildirib ki, yenə böyük hesabla qələbə qazanmaq çətin olacaq: "Azərbaycan millisinin baş məşqçisi dəyişib. Bizim adamımız Robert Prosineçki yaxşı və ciddi komanda qurub. Bunu verdiyi nəticələr də göstərir. Keyfiyyət bizim tərəfdədir, lakin üstünlüyümüzü peşəkar yanaşma və köklənmə ilə göstərə bilərik".
Xorvatiya yığması sentyabrın 3-də Azərbaycanın, bundan 3 gün sonra isə Norveçin qonağı olacaq. Məhz Osloda AVRO-2016-nın final mərhələsinə vəsiqə təmin oluna bilər. Kovaç bunu yaxşı anladıqlarını və hədəflərinin Fransada keçiriləcək çempionatda iştirakdan ibarət olduğunu açıqlayıb: "Bu yola bir il əvvəl çıxmışıq. İndiyədək yaxşı işlər görmüşük. Amma işimizi başa vurmalıyıq və əvvəlki kimi oynamalıyıq. Bizə yaxşı hazırlıq, komanda ruhu və tam sürət lazımdır. Sonradan nəticə özü gələcək".
Qeyd edək ki, hazırda H qrupuna 6 oyundan 14 xalla liderlik edən Xorvatiya millisi seçmə tsikldə böyük hesablı qələbələrini Azərbaycan və Norveç üzərində qazanıb - 6:0, 5:1.