1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Panatinaikos"u məyus etdi
Yunanıstan "Olimpiakos"una Çempionlar Liqasının qrup mərhələsində iştirak üçün icazə verilib. Sportnet.az-ın məlumatına görə, bu barədə qərarı UEFA qəbul edib.
Daha öncə "Panatinaikos" İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayaraq, "Olimpiakos"un qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırılmasını tələb edib. Tələb Pirey klubunun prezidenti Vangelis Marinakisin iyunda Yunanıstan futbolundakı korrupsiya işi ilə bağlı araşdırmalardan sonra futbol fəaliyyətindən uzaqlaşdırılması ilə əsaslandırılıb. Lakin CAS Marinakisin üzərindən bütün ittihamları götürüb. Eyni zamanda Belçika "Brügge"sinə iki oyunun nəticəsində (2:1, 0:3) uduzması səbəbindən Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilməyən "yaşıllar"ın apellyasiyası rədd edilib.
Qeyd edək ki, "Panatinaikos" hazırda mübarizəni Avropa Liqasında davam etdirir. Afina komandası "pley-off" mərhələsinin ilk görüşündə "Qəbələ" ilə Bakıda heç-heçəyə nail olub - 0:0. Cavab görüşü avqustun 27-də olacaq.