"Qəbələ"nin Yunanıstanın "Panatinaikos" komandası ilə keçirdiyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü öncəsi Afinadakı "Apostolos Nikolaidis" stadionunda insident baş verib. Sportnet.az-ın məlumatına görə, yerli fanatların yandırdıqları məşəl üzündən stadionu tüstü bürüyüb.
Bu səbəbdən, oyunun startı bir neçə dəqiqə ləngiyib. Slovakiyalı baş hakim İvan Krujlyak və futbolçular tüstünün çəkilməsini gözləyiblər. Yalnız bundan sonra start fiti səslənib.