1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qrup şansımız az olsa da..."
"Bizi ciddi sınaq gözləyir. Başa düşürük ki, asan oyun olmayacaq". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
AVRO-2016-nın seçmə qrup mərhələsində səfərdə Malta ilə qarşılaşma haqda danışan müdafiəçi oyunöncəsi mətbuat konfransında bunları bildirib: "Malta yaxşı təsir bağışlayır və Norveçlə oyun istisna olmaqla, asan məğlub olmurlar. Meydançada yaxşı mübarizə aparırlar. Komandada təhlükəli hücum xətti var. Dərk edirik ki, bizi çətin oyun gözləyir".
"Şansımız çox çətinə düşdü. Biz qrupdan çıxmaq şansımızı Bakıda Norveçə məğlub olduqdan sonra itirdik. Bundan sonra əsas məqsədimiz odur ki, futbolçularda özünəinam qayıtsın, oyundan öncə məğlub olmasınlar. Məşqçilərin də işi budur. Qrupda şansımız az olsa da, biz sabahkı oyunda qələbəyə köklənmişik. Mən Norveçlə Bolqarıstan oyununa baxırdım ki, bəlkə şansımız ola. Amma 3 turdan sonra 9 xallıq fərqi aradan götürmək qeyri-mümkün idi" - deyə R.Sadıqov milli komandanın növbəti mərhələyə yüksəlmə şansını dəyərləndirib.
Qeyd edək ki, Malta - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq.