21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına 3 futbolçu qoşulub. Sportnet.az-ın məlumatına görə, bunlar Coşqun Diniyev, Elvin Camalov və Elnur Cəfərovdur.
"Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"ın oyunçuları bunadək əsas millinin düşərgəsində olublar. Onlar Xorvatiya və Malta ilə AVRO-2016-nın seçmə qrup matçlarında çıxış edən heyətdə yer alıblar. İndi hər 3 futbolçu U-21 millimizin bu gün Avropa çempionatının seçmə mərhələsində almaniyalı həmyaşıdları ilə keçirəcəyi oyuna çağırılıblar. Görüş bu gün AFFA Futbol Məkəzindəki "Dalğa Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.