1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Əliyev: "İstəyirdik onu final görüşlərinə buraxmayaq"
"Hesab edirəm ki, bundan da yaxşı çıxış etmək olardı. Bunun da oobyektiv və subyektiv tərəfləri var. Buna baxmayaraq hər dəfə dünya çempionu vermək böyük bir uğurdur". Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, bunu federasiyanın vitse-prezidenti Namiq Əliyev deyib.
ABŞ-ın Las Veqas şəhərində keçirilən Dünya çempionatında qeydə alınan nəticələrdən danışan N.Əliyev qızıl və gümüş medalı uğurlu nəticə hesab etdiyini bildirib: "Bizim artıq dünya çempionu və dünya ikincisi olan idmançımız var. Hələ yunan-Romada bir idmançımız da yarışa qatılacaq. Saman Təhmasibi kifayət qədər potensiala sahib güləşçidir və özünü sübut edəcək".
O, yunan-Roma güləşçisi Rəsul Çunayevin 71 kq çəkidə qızıl medal qazanmasından danışıb: "Finala qədər öz rəqiblərinə xal verməmişdi, amma finalda rəqibi 4 xal aldı. Rəsul ilk dəfə idi ki, dünya birincisi oldu. O, Bakıda keçirilmiş ilk Avropa Oyunlarının da qalibi olub. Bununla da sübut etdi ki, bu ilin həm dünya, həm də UWW reytinqinə görə öz çəkisində birincidir. Rəsul kimi idmançılara bizim ehtiyacımız var. Olimpiya Oyunlarına düşən çəkilərin birində mütləq özünü görsədəcək və öz sözünü deyəcək".
N.Əliyev mundialda gümüş medal qazanmış Rövşən Bayramovdan da danışıb: "Rövşən zədələnmişdi. İran idmançısı Hamid Mohammad Soryanla yarışda ciddi zədə aldı və istəyirdik ki, onu final görüşlərinə buraxmayaq. Bizə yarışa çıxacağını və özünü normal hiss etdiyini dedi. Müayinədən keçib və zədəsinə tikiş qoyulub. Rövşən dünya və Olimpiya çempionlarına qalib gəldi, çox güclü çıxış etdi. Əfsuslar olsun ki, zədəsi onun finalda var gücü ilə çıxış etməsinə imkan vermədi".
Namiq Əliyev qadınların güləşindən söz açıb. O həmişə bu idmançılara inandıqlarını söyləyib: "Qadın güləşçilərdən Mariya Stadnik, gənclərdə güləşən Elis Manolova var. Elis həmişə özünü yaxşı tərəfdən göstərib. O, ilk dəfə özünü sınayacaqdır. Hesab edirəm ki, o birilər də hardasa öz sözünü deyəcək".
Federasiya rəsmisi çempionatın təşkilatçılığı ilə bağlı danışıb. Onun sözlərinə görə, Las Veqasda keçirilən yarışın təşkilatçılığında böyük problemlər var: "Bu da idmançılara təsir göstərir. Bu tək bizim yox, bütün nümayəndə heyətinin iradıdır. Ancaq ümumiyyətlə normal qiymətləndirmək olar. Hələ yeni başlamışıq və hər şey qabaqdadır. Kifayət qədər idmançılarımızın potensialı var. Hesab edirəm ki, sərbəst güləşçilərimiz də bizi sevindirəcək. Hər kəsi təbrik edirəm. Amerika kimi böyük dövlətdə Azərbaycanın bayrağının yüksəlməsi və himnin səslənməsi böyük əhəmiyyət daşıyır".