Bakıda davam edən şahmat üzrə Dünya Kubokunda 1/64 final mərhələsinin cavab görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovla Rauf Məmmədov təkrar qarşılaşmalardan heç-heç-heçə ilə ayrılaraq, ilk matçdakı qələbə sayəsində mərhələ adlayıblar.
Rusiyalı Yevgeni Nayeri yenən Məmmədovun 1/32 finaldakı rəqibi ABŞ təmsilçisi Fabiano Karuano olacaq. İranlı Puya İdanini keçən Məmmədyarovun rəqibi hələ dəqiqləşməyib.
Digər şahmatçılarımıza gəldikdə, Vasif Durarbəyli ağ fiqurlarla oynamasına baxmayaraq, vyetnamlı Le Quanq Liemə təkrar qarşılaşmada uduzaraq, mübarizəni dayandırıb. Qədir Hüseynov ağ fiqurlarla udduğu rusiyalı Maksim Matlakova qara fiqurlarla uduzub. Teymur Rəcəbov ABŞ-ın 15 yaşlı şahmatçısı Samvel Sevyanla qara fiqurlarla da heç-heçə edib. Eltac Səfərli də macarıstanlı Çaba Baloqla qarşılaşmalarda eyni nəticələrə imza atıb. Hüseynov, Rəcəbov və Səfərli sabah eyni rəqiblərlə "tay-breyk"də qarşılaşacaq.
Samuel Sevyan (ABŞ) - Teymur Rəcəbov - 1/2:1/2, 1/2:1/2
İlya Smirin (İsrail) - Romen Eduard (Fransa) - 1/2:1/2, 1:0
Tamir Nabati (İsrail) - David Navara (Çexiya) - 1/2:1/2, 1/2:1/2
Maksim Matlakov (Rusiya) - Qədir Hüseynov - 1:0, 0:1
Amir Zaibi (Tunis) - Fabiano Karuano (ABŞ) - 0:1, 0:1
Yevgeni Nayer (Rusiya) - Rauf Məmmədov - 1/2:1/2, 0:1
Puya İdani (İran) - Şəhriyar Məmmədyarov - 1/2:1/2, 0:1
Yifan Hou (Çin) - Rafael Duaylibe Leytao (Braziliya) - 1/2:1/2, 1/2:1/2
Parham Maqsudlu (İran) - Uesli So (ABŞ) - 0:1, 0:1
Çaba Baloq (Macarıstan) - Eltac Səfərli - 1/2:1/2, 1/2:1/2
Nikita Vityuqov (Rusiya) - Samvel Ter-Sahakyan (Ermənistan) - 1/2:1/2, 1/2:1/2
Vasif Durarbəyli - Le Quanq Liem (Vyetnam) - 0:1, 1/2:1/2