"Bu dəfə qrupdan çıxmağa çalışacağam"
"PAOK-la qarşılaşmada yalnız 3 xal üçün oynayacağıq. Çünki qrupdan çıxmaq istəyiriksə, ev oyunlarımızı qələbə ilə başa vurmalıyıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib.

32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə 1:2 hesablı məğlubiyyətin Avropa Liqasının qrup mərhələsindəki ilk tur öncəsi komandada əhval-ruhiyyəni korlamayacağına inam ifadə edib:
"Premyer Liqada itirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq. İnanıram ki, bu məğlubiyyət PAOK-la Avropa Liqasındakı oyun öncəsi əhvalımızı korlamaz. Biz peşəkar komandayıq. Kollektivdə qələbə ruhu da, özünəinam hissi də böyükdür. Avrokubok oyunları çempionat qarşılaşmalarından tam fərqlidir".

Təcrübəli oyunçu bildirib ki, "Qəbələ"nin Avroliqada yer aldığı C qrupunda asan rəqib yoxdur. Sadəcə, Rusiya "Krasnodar"ı ilə Yunanıstan PAOK-unun gücü eynidir. "Qəbələ" isə bu iki komanda ilə eyni gücdədir: "Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq, qrupdan çıxaq. Çünki bir dəfə qrupda oynamışam, amma növbəti mərhələyə yüksələ bilməmişik. Çalışacağam ki, qrupdan da çıxaq".
Qeyd edək ki, Rəşad Sadiqov 2012-2013 mövsümündə "Neftçi"nin heyətində ikən Avropa Liqasının qrup mərhələsində çıxış edib. Həmin vaxt flaqman İtaliya "İnter"i, Rusiya "Rubin"i və Serbiya "Partizan"ı ilə mübarizədə 3 xalla qrup 4-cüsü olub.