"Qarabağ" klubu bu gecə futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi İngiltərənin paytaxtı Londonda "Tottenhem"in qonağı olub.
"White Hart Lane" stadionunda keçiriləcək qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hərçənd, hesabı hələ 7-ci dəqiqədə "Qarabağ" açıb. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Amma ilk yarının sonlarına doğru 2, görüşün axırlarına yaxın daha 1 qol vuran "Tottenhem" qələbəyə nail olub - 3:1.
Qeyd edək ki, "Qarabağ" artıq ikinci mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparır. Ötən mövsüm baş məşqçi Qurban Qurbanovun komandası qrupda 3-cü yeri tutaraq, "pley-off"a yüksələ bilməyib. "Tottenhem"i isə artıq qrup mərhələsinin abunəçisi saymaq olar. Bu klub ardıcıl 6-cı mövsümdür avrokubokların qrup mərhələsində çıxış edir. 2010-2011 mövsümündə londonlular Çempionlar Liqasında 1/4 finaladək irəliləməyi bacarıblar. Növbəti mövsüm "Tottenhem" Avroliqanın qrup mərhələsindən çıxa bilməsə də, sonrakı 3 mövsümdə müvafiq olaraq, 1/4 final, 1/8 final və 1/16 final mərhələlərinədək yüksəlib.
Amma Maurisio Poçettinonun baş məşqçi olduğu komanda hazırda İngiltərə Premyer Liqasında elə də yaxşı çıxış etmir. 5 turdan sonra 1 qələbə, 1 məğlubiyyət və 3 heç-heçə ilə 12-ci pillədə qərarlaşıb. "Qarabağ" isə Azərbaycan Premyer Liqasında ilk 4 turu 3 qələbə, 1 heç-heçə və 10 xalla 1-ci pillədə başa vurub.
Qeyd edək ki, J qrupunda digər oyun Belçika "Anderlext"i ilə Fransa "Monako"su arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Avropa Liqası
J qrupu, I tur
00:05. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 1:3
Qol: Riçard Almeyda, 4-penalti ilə - Son Hyunq-Min, 28; 30. Erik Lamela E, 86.
Baş hakim: Adrian Jakkotte
Yan xətt hakimləri: Raffael Zeder, Vital Jobin
Əlavə köməkçi hakimlər: Alen Byeri, Nikolay Hanni
Dördüncü hakim: Yohannes Fogel (hamısı İsveçrə)
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç)
UEFA nümayəndəsi: Borxa Santana (İspaniya)
London, "White Hart Lane" stadionu.