1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Rəhbərlik istəsə, gedərəm"
"Ardıcıl 4 məğlubiyyətdən sonra "İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi". Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "İnter"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.
O bildirib ki, "təyyarəçilər" ikinci hissədə təzyiqi artırıb, qol epizodları yaratsa da, qol vura bilməyib. Komandada hücumçu probleminin aktual olaraq, qaldığını söyləyən 44 yaşlı mütəxəssis istefa ehtimallarına da münasibət bildirib: "Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu, son deyil. Məqsədimiz "qara zolaq”dan çıxmaqdır. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, "qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə, gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram”.
Qeyd edək ki, AZAL bu mövsüm xal qazanmayan yeganə komandadır.