1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Toni Adams: "Tale Heydərova dedim ki..."
"Qəbələ" klubunun idman direktoru Toni Adams "Sarar" geyim şirkəti ilə əməkdaşlıq barədə fikirlərini bildirib. Əfsanəvi futbolçu Yunanıstan "Panatinaikos"u ilə Avropa Liqasının "pley-off" mərhələsindəki oyunlardan sonra belə bir fikrə düşdüyünü açıqlayıb.
O deyib: "Yunanıstan komandası ilə oyun zamanı klub prezidenti Tale Heydərovla görüşdüm. Rəqib komandanın geyimi çox yüksək səviyyədə idi. Bildirdim ki, gərək biz də onlardan yaxşı geyinək. Bundan sonra Rusiyada "Krasnodar"la, Almaniyada "Borussiya" (Dortmund) komandası ilə və Yunanıstanda PAOK-la oyunlarımız olacaq. Gərək Azərbaycan klubunu daha yaxşı geyimlərlə təmsil edək".
Adams əməkdaşlıq müqaviləsinin imzalanmasında xüsusi əməyi olan "Qəbələ"nin marketinq üzrə meneceri Səməd Nəsibova və "Sarar"a təşəkkürünü bildirib. O, "Sarar" brendini formalarında fəxrlə daşıyacaqlarını vurğulayıb.