
Tofiq Bəhramov adına Respublika stadionu təmirdə olduğundan, "Qarabağ" "Neftçi"ni Suraxanı qəsəbəsindəki öz arenasında qəbul etmək istəyir. Lakin PFL bu stadionda bəzi çatışmazlıqların olduğunu bildirib. Ağdam komandası sabahadək həmin çatışmazlıqları aradan qaldıra bilsə, rəqibini "Qarabağ Arena"da qəbul edə biləcək. Əks halda, qarşılaşma "Dalğa Arena"da baş tutacaq.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək matçı Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.