1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Abdullayev: "Əsas imtahanımız irəlidədir"
"Bu stadionda yaxşı oyunlarım olub. Uzun müddət "Xəzər Lənkəran"ın heyətində çıxış etmişəm. Oyuna çıxanda istər-istəməz nostalji hisslər var idi". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının VI turunda sabiq komandası "Xəzər Lənkəran"ı penalti ilə məyus edən "Zirə"nin kapitanı Rəşad Abdullayev "CBC Sport"a deyib.
34 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda "Zirə"nin uğurları üçün çalışdığından, komandasının qələbəsində pay sahibi olmaq istəyib. Onun fikrincə, matç çətin alınıb: "Rəqib də qələbə qazana bilərdi. Amma sonda sevinən tərəf biz olduq. Lənkəran səfəri həmişə çətin olur. Heyətinin gənclərdən ibarət olmasına baxmayaraq, elə "Xəzər Lənkəran"ın adı kifayət edir. Çətin oyun olacağını bilirdik. Onların da qol epizodları oldu, biz də belə imkanlardan yararlana bilmədik. Uzatma dəqiqələrində hücumçumuz fərdi ustalığı sayəsində penalti qazandı. Nəticədə bu imkandan yararlanıb qalib olduq".
Abdullayev 1:0 hesablı qələbə sayəsində 4-cü pilləyə yüksələn "Zirə"nin əsas imtahanlarının "Neftçi", "Qarabağ" və "Qəbələ" ilə qarşıdakı oyunlarda olacağını vurğulayıb: "Əvvəlki rəqiblər də asan deyildi, amma qarşıda bizi daha çətin və daha ad-sanlı rəqiblər gözləyir. Bu oyunlarda nəyə qadir olduğumuzu göstərə bilərik. Düzdür, yeni komandayıq, "Zirə"nin hələ potensialı var. Hələ çox oyunumuz var. Adımıza layiq oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, Rəşad Abdullayev 2004 - 2009-cu illərdə "Xəzər Lənkəran"da çıxış edib. O, kapitan sarğısını da daşıdığı Cənub komandasında 115 oyuna 12 qol vurub.