Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Anderlext" (Belçika) oyununun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.
Avropa Liqası, qrup oyunları, II tur
1 oktyabr
22:00. "Qarabağ" - "Anderlext"
Baş hakim: Oliver Draxt
Yan xətt hakimləri: Roland Brandner, Stefan Kühr
Əlavə köməkçi hakimlər: Manuel Skuettenqruber, Dyeter Makenhammer
Dördüncü hakim: Roland Ryeder
Hakim-inspektor: Darko Keferin (Sloveniya)
UEFA nümayəndəsi: Olzhas Abrayev (Qazaxıstan)
Avropa Liqası, qrup oyunları, II tur
1 oktyabr
22:00. "Qarabağ" - "Anderlext"
Baş hakim: Oliver Draxt
Yan xətt hakimləri: Roland Brandner, Stefan Kühr
Əlavə köməkçi hakimlər: Manuel Skuettenqruber, Dyeter Makenhammer
Dördüncü hakim: Roland Ryeder
Hakim-inspektor: Darko Keferin (Sloveniya)
UEFA nümayəndəsi: Olzhas Abrayev (Qazaxıstan)
İdman mütəxəssisi olan Oliver Draxt 2010-cu ildən beynəlxalq oyunlara təyinat alır. O, artıq bir dəfə "Qarabağ"ın oyununu idarə edib. Avstriyalı referi 2010/11 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın "Portadaun" klubu ilə keçirilmiş oyunda ədaləti bərpa edib. Həmin görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bundan başqa Draxt 2010-cu ildə Azərbaycan və Honduras yığması arasında keçirilmiş yoldaşlıq oyununda da iştirak edib. Bu qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlayacaq.