"Qarabağ"ın prezidenti Tahir Gözəl Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"ini 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir?
- Oyun haqda nə deyə bilərsiz?
- Bu, bir möhtəşəm qələbə idi. Öncə "Qababağ”
tariximizə tarix yazdı. Mən hər kəsi təbrik edirəm. Bu gün artıq
qrupumuzda 2-ci yerdəyik. İnşallah, bundan sonra da uğurlar əldə edəcəyik. Qrup mərhələsini adlasaq, "Qarabağ” dünyada Qarabağ adını yaşadacaq. Çox çətin
qrup olmasına baxmayaq, futbolçulara inanıram.
- İstədiyiniz "Qarabağ”ı meydanda görə bilirsiz?
- Komanda hər gün daha da irəliyə doğru gedir.
Əvvəlki baş məşqçi klubdan gedəndən sonra biz üzüldük. İndi Qurban Qurbanov çox
gözəl bir kollektiv yaradıb. Avropa səviyyəli bir komandamız var. Bu komanda ilə fəxr edirəm.
- Stadionda azarkeşlərin az gəlməsi
haqda nə deyə bilərsiz?
- Düzdür, əvvəl azarkeşlər arenaya az gəldilər.
Sonra stadiona gəlməyə başladılar. Bizdən həmişə soruşurlar ki, komandaya yeni
transferlər olacaqmı?! Əgər azarkeşin dəstəyi olarsa, əlbəttə, klubda yeni
simaları görə biləcəksiniz. Onlar stadiona gəlsələr və ya gəlməsələr də, biz
fanatlarımızın dəstəyini hiss edirik. Azarkeşlərdən xahiş edirəm ki, arenaya gəlin, bizə kömək edin. Bu klub hamınındır. Şair demişkən: sən yanmasan, mən yanmasan
bəs bu gecə necə aydınlığa qovuşacaq?
- Bilet qiymətlərinin yüksək olması
stadiona azarkeşlərin az gəlməsinə səbəb ola bilərdimi?
- Əvvəllər 1 sektor 5 manat idisə, indi 2
manat etdik. Hazırda təcrübə mərhələsindəsindəyik. Əlbəttə, bu da azarkeşlərin
narazılığına səbəb olacaq. Zamana ehtiyac var. Kluba dəstək vermək lazımdır.
Buna can atmalıyıq.