1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Məğlubiyyətə görə pis olmuşuq"
"Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Məlubiyyətə görə çox pis olmuşuq. Rəqib çox güclü komanda idi və bu gecə maraqlı oyun keçdi". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının qrup mərhələsinin II turunda "Krasnodar"la oyunu dəyərləndirən əcnəbi mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları oyun haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komanda ikinci hissəyə yaxşı başladı. Fasilədə paltardəyişmə otağında oyunçularla nə danışdınız?
- İlk hissədə nədə geri qaldığımızı gördük. Hücuma başlarkən nəyin lazım olduğunu bildik və dəyişikliklər özünü göstərdi. "Krasnodar" da oyunun sonuna yaxın müəyyən dəyişikliklər etdi. Bu da onların oyununa və nəticəyə təsir etdi.
- Hesab 1:1 olarkən niyə onu qorumağa çalışmadınız?
- Gördüm ki, qələbə qazana bilərik. Komandam hücumda yaxşı oynayırdı və buna gücümüz çatırdı. Bu səbəbdən hesabı qorumağa çalışmadıq. Dəyişiklikdən sonra rəqib futbolçu ustalıqla müdafiəçilərimizə qarşı oynadı. Hücumçuya qarşı 5 müdafiəçi də oynasa, ustalığı varsa, keçməlidir.