1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya millisi Bakıya 9 hücumçu ilə gəlir - SİYAHI
Futbol üzrə İtaliya milli komandasının Azərbaycan və Norveçlə keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçları üçün heyəti açıqlanıb. Sportnet.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Antonio Konte qarşıdakı görüşlərə 27 futbolçu çağırıb.
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Daniele Padelli ("Torino"), Salvatore Siriqu (PSJ, Fransa);
Müdafiəçilər: Davide Astori ("Fiorentina"), Andrea Bartsalyi ("Yuventus"), Leonardo Bonuççi ("Yuventus"), Corco Kyellini ("Yuventus"), Mattia De Şilyo ("Milan"), Alessandro Florentsi ("Roma"), Andrea Ranokkya ("İnter"), Davide Santon ("İnter"), Matteo Darmian ("Mançester Yunayted", İngiltərə);
Yarımmüdafiəçilər: Andrea Bertolaççi ("Milan"), Rikkardo Montolivo ("Milan"), Marko Parolo ("Latsio"), Roberto Soriano ("Sampdoriya"), Andrea Pirlo ("Nyu York Siti", ABŞ), Marko Verratti (PSJ, Fransa);
Hücumçular: Domeniko Berardi ("Sassuolo"), Antonio Candreva ("Latsio"), Eder ("Sampdoriya"), Sebastian Covinko ("Toronto"), Lorentso İnsinye ("Napoli"), Fabio Kvalyarella ("Torino"), Simone Zaza ("Yuventus"), Qratsiano Pelle ("Sautgempton", İngiltərə), Stefan Əl Şaravi ("Monako", Fransa).
Qeyd edək ki, İtaliya millisi oktyabrın 5-də bir araya gələcək. Həmin gün Konte mətbuat konfransı keçirəcək. Üç günlük məşqin ardından "Skuadra Adzurra" oktyabrın 8-də çarter reysi ilə Bakıya gələcək və "Hilton" otelində yerləşəcək. Ertəsi gün komandanın Bakı Olimpiya Stadionunda məşqi və mətbuat konfransı olacaq. Azərbaycan millisi ilə oyun oktyabrın 10-da elə bu stadionda keçiriləcək. Saat 21:00-da başlanacaq qarşılaşmanın ardından İtaliya millisi Bakını tərk edərək Romaya yollanacaq. Norveçlə oyun oktyabrın 13-də İtaliya paytaxtında olacaq.