1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Mənə şübhəli penalti ilə qələbə lazım deyil"
"Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının "Anderlext”lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "İnter"i 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
"İnter”i tam fərqli komanda kimi dəyərləndirən 43 yaşlı mütəxəssis belə rəqibə qarşı oynamağın heç də asan olmadığını vurğulayıb: "Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik".
Qurbanov uzatma dəqiqələrində "İnter"in qapısına təyin olunmuş penalti epizodu barədə də danışıb: "Penalti məsələsi barədə çox danışmaq istəmirəm. Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır”.
Qeyd edək ki, baş hakim Elvin Əsgərovun təyin etdiyi penaltini Elvin Məmmədov Qurban Qurbanovun tapşırığı ilə kənara vurub.