"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Sportnet.az-ın məlumatına görə, cənub klubunun mətbuat xidmətindən bunu 50 yaşlı mütəxəssisin səhhətindəki problemlə əlaqələndiriblər.
Hüseynovun qan təzyiqinin yüksəldiyi bildirilir.
Qeyd edək ki, VII turun AZAL-a 0:1 hesablı məğlubiyyətlə bitən qarşılaşmasından sonra "Rəvan"ın baş məşqçisi Emin Quliyev də mətbuat konfransına gəlməyib. Köməkçisi Rövşən Babayev də Quliyevin səhhətini səbəb göstərib. AFFA İntizam Komitəsi üzrsüz səbəblərdən oyunsonrası konfransa qatılmayan baş məşqçiləri 1000 manat cərimələyir.