AFFA-nın İntizam Komitəsi "İnter" klubunun 2 futbolçusu - Giorgi Lomaya və Zurab Xizanişvilini cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan premyer Liqasının VII turunda "Qarabağ"la keçirilən oyunda komandanın qapıçısı hakimlər briqadasın təhqir etdiyinə görə, Xizanişvili isə hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Bundan başqa Oyun başa çatdıqdan sonra "İnter” klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb. Bu səbəbdən klub 5000 manat ödməli olacaq.