Azərbaycan Premyer Liqasının VII turunda "Xəzər Lənkəran” üzərində 6:0 hesablı qələbədən sonra məşqlərinə ara verən "Qəbələ” hazırlıqlara bu gün start verəcək.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələcək.
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində vətəninə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Lakin hazırlıq prosesində yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına, legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasına çağırılıb.
Qeyd edək ki, , "Qəbələ” Premyer Liqanın VIII turunun oyununu oktyabrın 18-də keçirəcək. Bakıda baş tutacaq qarşılaşmada rəqib "Neftçi” olacaq.