1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stefan Əl-Şaravi: "Meydanda ürəyimizi qoyduq"
İtaliya millisinin və Fransanın "Monako" klubunun futbolçusu Stefan Əl-Şaravi Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri növbəti oyunlardan danışıb...
- Oyun barədə nə deyə bilərsiniz?
- Mərhələ adlamaq baxımından çox vacib qələbə qazandıq. Oyuna bir həftəyədək hazırlıq keçmişdik. Meydançada ürəyimizi qoyduq. Fransaya yollanacağımızdan çox şadıq.
- "Qarabağ"la qarşıdakı oyun barədə nə deyə bilərsiniz?
- Çox yaxşı, mütəşəkkil komandaya qarşı mübarizə aparacağıq. Həmin oyunda özümüzü göstərməyə çalışacağıq. "Qarabağ"ın çox yaxşı komanda olduğunu bilirik. Buna görə özümüzü bu görüşə tam kökləyəcəyik.
- Bu oyunadək Azərbaycan futbolu barədə təsəvvürünüzü "Qarabağ" yaratmışdı, yoxsa ümumilikdə məlumatlı idiniz?
- Təsəvvürlərim bu oyundan başlayır. Azərbaycan millisi fərdi cəhətdən hazırlıqlı futbolçulardan ibarət kollektivdir. 4 oyundur uduzmurdunuz və buna görə çox ciddi hazırlaşmışdıq. Azərbaycan millisinin oyununu çox bəyəndim.