1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İkiqat ölkə çempionumuzun ölüm səbəbi - TƏFƏRRÜAT
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş sabiq futbolçu və məşqçi Sakit Alıyev bu gün saat 14:00-da Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq. Sportnet.az-ın məlumatına görə, yaxınları "Report"a açıqlamasında S.Alıyevin bu gün saat 7:00 radələrində 50 yaşında ikən dünyasını dəyişdiyini bildirib.
Veteran futbolçunun ölümünə 2011-ci ilin mayında oyun zamanı keçirdiyi insult səbəb olub. Sonradan o, İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Veteran futbolçunun nitqində və yaddaşındakı problem get-gedə böyüyüb: "Bu gün səhər uşağı qapının ağzında yerə yıxılıb. Bunu eşidən Sakit çölə çıxıb və o da qəfildən yerə sərilib. Bizə zəng edib dedilər ki, Sakitin vəziyyəti pisdir. Özümüzü çatdıranda gördük ki, təcili yardım maşını evlərinin qarşısındadır. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmadı".
Qeyd edək ki, Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə "Turan"da başlayıb. 1997-ci ildə "Kəpəz"ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev "Turan"da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə "Turan"la, 1998-ci ildə isə "Kəpəz"lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb.