İngiltərənin "Liverpul" klubu Türkiyənin Ankara şəhərində baş verən terror hadisəsi ilə bağlı mesaj yayımlayıb. Sportnet.az-ın məlumatına görə, "topçular" sosial şəbəkə vasitəsilə Türkiyəyə başsağlığı verib.
Klubun yaydığı məlumatda bildirilir: "Liverpul" klubu olaraq həftəsonu Ankarada faciəvi hücum nəticəsində dünyasını dəyişənlərin, yaralananlar və onların ailələrinin acısını paylaşırıq".
Qeyd edək ki, ötən gün Ankarada baş verən terror hadisəsi nəticəsində 86 nəfər ölüb, 186 nəfər yaralanıb.