
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Çempionatın autsayderi "Rəvan" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Qarşılaşma "Bayıl Arena"da baş tutacaq. Komandalar bugünədək 8 dəfə üz-üzə gəlib. Bu görüşlərin 5-i gəncəlilərin qələbəsi ilə yekunlaşıbsa, 3-də "Rəvan" meydanı qalib komanda olaraq tərk edib.
Paytaxtda keçirilmiş 4 oyunda bərabər nəticələr qeydə alınıb. Meydan sahibləri və qonaqlar hərəyə 2 dəfə qələbə qazanıb.
Son turda doğma azarkeşlər önündə "Sumqayıt"ı (3:1) məğlub edən Şahin Diniyevin rəhbərlik etdiyi komanda bu gün 3 xal qazanacağı təqdirdə aktivində 11 xal olacaq . Nəticədə komanda turnir cədvəlində "Neftçi"ni 2 xal qabaqlayaraq 5-ci pilləyə yüksələcək. Turnir cədvəlinin sonuncusu "Rəvan" isə qələbə sayəsində 8-ci pilləyə qədər yüksələ bilər.
20:30. "Rəvan" – "Kəpəz" - 0:2
Qollar: Julien Ebah, 48. Junior Osvaldo, 52
Qırmızı vərəqələr: Kənan Manafov, 59. Novruz Məmmədov, 87. Orxan Lalayev, 90 (hamısı "Rəvan")
"Rəvan”: 32. Kostyantin Maxnovski 21. Novruz Məmmədov
6. Vüqar Bəybalayev
16. Orxan Lalayev
14. Elvin Əliyev
92. Yamin Ağakərimzadə
20. Kənan Manafov
8. Məmməd Quliyev
11. Şeriff Suma
17. Ramazan Abbasov(k)
22. Məhəmməd Alıyev
Ehtiyat oyunçular:1. Rəşad Əzizli
4. Kənan Müslümov
99. Nicat Muxtarov
77. Cavad Kazımov
7. Elvin Həsənəliyev
28. Xanlar Teymurov
19. Tural Qürbətov
Baş məşqçi: Emin Quliyev
"Kəpəz”: 88. Tadas Simaitis
18. Tural Axundov (k)
13. Şəhriyar Rəhimov
25. Şəhriyar Əliyev
3. Tərlan Quliyev
8. Budaq Nəsirov
7. Juninyo
27. Bəxtiyar Soltanov
10. Dario Federiko Junior
68. Rəşad Eyyubov
19. Aleksandr Sitnik
Ehtiyat oyunçular:1.Eyyub Əliyev
23. Tural Nərimanov
6. Ceyhun Cavadov
9. Murad Ağakişiyev
15. Azad Kərimov
90. Julien Ebah
80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "Bayıl Arena"
Qeyd edək ki, turun digər qarşılaşmaları 17 və 18 oktyabrda keçiriləcək.