1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"dən baş məşqçi qərarı
"Neftçi"nin Müşahidə Şurası baş məşqçi Samir Əliyevin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra istefasını qəbul etməyib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın ardından baş tutan iclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və baş məşqçinin fikirləri dinlənilib.
Müşahidə Şurası tərəfindən onun diqqətinə çatdırılıb ki, "Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçinin istefası qəbul olunmayıb. Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Samir Əliyev "Neftçi"nin öz meydanında 0:1 hesablı məğlubiyyətindən sonra istefa ərizəsi yazacağını və fikrinin qəti olduğunu bildirib.