Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
"Xəzər Lənkəran" doğma azarkeşlər önündə AZAL-la qarşılaşacaq. FİFA-nın transfer qadağası səbəbindən heç bir futbolçunu heyətinə qata bilməyən cənublular üçün demək olar ki, bu görüş daha çox əhəmiyyət daşıyır. "Ağ-yaşıllar" 3 xal qazanarsa, əzəli rəqibi "Neftçi" ilə xallarını bərabərləşdirəcək. Hazırda 8-ci pillədə qərarlaşan "təyyarəçilər" isə qələbə sayəsində bir pillə irəliləyə biləcək.
Turun son oyununda isə "Sumqayıt" və "İnter" komandaları qaşrılaşacaq. Sumqayıtda keçiriləcək matç meydan sahibləri üçün tam fərqli əhəmiyyət daşıyır. Buna səbəb komandanın yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında meydana çıxmasıdır. Qələbə sumqayıtlıları autsayder "Rəvan"dan uzaqlaşdıracaqsa, "bankirlər" 3 xalla 3-cü pilləyə yüksələcəklər.
18:00. "Xəzər Lənkəran" – AZAL - 3:1
Qollar: Kamran Abdullazadə, 19; 90. Sadio Tounkara, 65 - Murad Səttarlı, 33.
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran" mərkəzi stadionu
20:00. "Sumqayıt" – "İnter" - 1:1
Qol: Pərdis Fərzad Azad, 10 - Nika Kvekveskiri, 36
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
"Kapital Bank Arena"