1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İsveçrədə Emil Mpenzanın işinə baxıldı
Oktyabrın 22-də İsveçrənin Lozanna şəhərində "Neftçi" klubunun sabiq futbolçusu Emil Mpenza işi ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) dinləmələri keçirilib. Sportnet.az-ın məlumatına görə, dinləmələrdə "Neftçi” tərəfindən prosesə cəlb olunmuş ispaniyalı vəkil Jozef Vandellas, klubun icraçı direktoru Elnur Məmmədov, Emil Mpenzanın transferi müddətində danışıqlarda və FİFA ilə yazışmalarda iştirak etmiş Qədir Həsənov ilə Tural Piriyev şahid qismində təmsil olunublar.
İsveçrə vaxtı ilə saat 9:30-da başlamış dinləmələr 6 saatdan artıq davam edib. İdman Arbitraj Məhkəməsi prosesin bundan sonrakı gedişatı və qəbul ediləcək hər hansı qərarla bağlı "Neftçi”yə rəsmi məlumat ünvanlayacaq.