1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin kapitanı: "Futbolçunun qeyrəti olmalıdır"
"Neftçi”nin qapıçısı və kapitanı Aqil Məmmədov AZAL-a uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni sportal.az-a istinadən təqdim edir...
- Oyunla bağlı fikirlərin nədir?
- Mənim üçün biabırçılıq. "Neftçi” kimi komandaya belə məğlubiyyət həqiqətən də yaraşmır. Heç nə deyə bilmirəm
- Çıxış yolunu nədə görürsünüz?
- Meydana çıxıb can qoymaq lazımdır. Qələbə qazanmaq üçün vuruşmalıyıq. Onu da hələ ki, bacarmırıq
- Fasilədən sonra nisbətən yaxşı oynadınız. Baş məşqçi sizə fasilədə nə tapşırmışdı?
- Baş məşqçimiz bizdən öz oyunumuzu nümayiş etdirməyi istədi. "Neftçi”yə layiq futbol oynayın. Bir sözlə, məşqçimizin tapşırıqlarını yerinə yetirə bilmədik. Rəhbərliyin və məşqçinin burda heç bir günahı yoxdur. Ancaq futbolçular günahkardır
- Artıq neçə turdur qapınıza penalti təyin olunur. Bu haqda nə söyləyə bilərsiz?
- Penalti olduğuna görə penalti verildi. Hakim haqlı idi
- Penalti epizodunda topu dəf etməyə yaxın olsanda bunu bacara bilmədin...
- Penalti epizodları üçün çoxlu məşq etmişdim. Yenə deyirəm, bu məğlubiyyətdə bir günahkar varsa da, biz futbolçularıq. AZAL neçə aydır ki, maaş almır. Çox şey söyləmək istəmirəm. Bizdə hər şey qaydasındadır. Heç bir problemimiz yoxdur. Komandaya hər cür dəstək var
- Aqil, kapitan kimi oyunçularla söhbət edirsən?
- Deməyə söz tapa bilmirəm. Bilmirəm, şanssızlıqdır sanki, tilsimlənmişik. Yenə də, əlavə edilmiş dəqiqələrdə qol buraxdıq
- Sanki, bu oyunda daha çox sarsılmısız...
- AZAL-a məğlubiyyət mənim üçün ölümdən betərdir. Çünki AZAL neçə aydır ki, maaş almır. Məşqçidə heç bir günah yoxdur. Çıxıb Samir müəllim oynamayacaqki? Futbolçuya nə dəstək varsa rəhbərlik tərəfindən verilir. Maaşımız, məşqlərimiz hamısı vaxtındadır. Sadəcə, futbolçunun da düşüncəsi, dərrakəsi və qeyrəti olub çıxıb meydana oynamalıdır. Nə qədər belə olmalıdır axı? İçi özüm qarışıq deyirəm. Komanda şəklində hamıya deyirəm.