Azərbaycan milli komandasının məşqçilər heyəti Premyer Liqanın X tur qarşılaşmalarını izləyəcəklər. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki və köməkçisi Mahmud Qurbanov bu gün keçiriləcək "Zirə” – "Kəpəz” oyununda olacaq.
Bu qarşılaşmanın ardından onlar "Neftçi” – "İnter” qarşılaşmasına baxmaq üçün "Bakcell Arena”ya gedəcəklər.
"Qarabağ” – "Rəvan” qarşılaşmasını millinin məşqçisi Elxan Abdullayev, "Neftçi” – "İnter” matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək.
Bölgələrdə keçiriləcək "Xəzər Lənkəran" - "Sumqayıt" və "Qəbələ" - AZAL oyunlarını isə heç bir məşqçi izləməyəcək.
Qeyd edək ki, "Zirə"nin ev oyunu saat 17:00-da, "Qarabağ"la "Neftçi"nin iştirakı ilə qarşılaşmalar isə saat 19:00-da başlanacaq.