1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev: "Hərdən "Anderlext"i də məğlub edirik"
"Hərdən elə alınır ki, hətta "Anderlext" kimi komandaları məğlub edirik. Halbuki belə komandalar Bakıda asanlıqla çıxış edə biləcəklərini düşünürlər". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın milliyyətcə rus, amma əslən bakılı müdafiəçisi Maksim Medvedev "Rossiya-24" telekanalına müsahibəsində deyib.
O bildirib ki, artıq Azərbaycan 10 il əvvəlki deyil: "Hazırda bura daha perspektivli, yüksək səviyyəli legionerlər cəlb olunur. Onlar yerli futbolçuları da öz arxalarınca daşımağa başlayırlar. Bu da ölkədə futbol uğurlarının daha davamlı olması baxımından çox müsbət amildir".
Baş məşqçi Qurban Qurbanov isə hazırda "Qarabağ"da işlərin pis getmədiyini açıqlayıb: "Açığı, bu, belədir. Həm futbolçuların yanaşma tərzləri, həm də turnir cədvəlindəki mövqeyinə əsasən, komandamdan razı olduğumu deyə bilərəm".
Qeyd edək ki, "Rossiya-24" Azərbaycan futbolundakı nailiyyətlərdən bəhs edən 3 dəqiqəlik süjet efirə verib.