
Bu gün futbol üzrə Çempionlar Liqasında IV turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, gecədə E, F, G və H qruplarında ümumilikdə 8 oyun keçirilib.
Azarkeşlər F qrupunda daha maraqlı mübarizənin şahidi olub. Qrup lideri "Bavariya" Almaniyada İngiltərə "Arsenal"ını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə Yunanıstan "Olimpiakos"u və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını yenib.
G qrupunda Premyer Liqada vəziyyəti heç də yaxşı olmayan İngiltərə "Çelsi"si Ukraynanın "Dinamo" (Kiyev) klubunu yenməyi bacarıb. Bununla da Joze Mourinyonun rəhbərlik etdiyi komanda 1/8 finala xeyli yaxınlaşıb.
H qrupunda yer alan Rusiya "Zenit"i Fransa "Lion"u üzərində inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edib. Bununla da 1/8 finala yüksələn komandaların sayı 3-ə çatıb. Turun ilk oyun günündə İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları "pley-off"a vəsiqə qazanıblar.
Çempionlar Liqası, Qrup mərhələsi, IV tur
E qrupu
23:45. "Barselona” (İspaniya) – BATE (Belarus) - 3:0
Qollar: Neyman, 30-penalti ilə; 83. Luis Suares, 60
23:45. "Roma” (İtaliya) – "Bayer” (Almaniya) - 3:2
Qollar: Məhəmməd Salah, 2. Edin Ceko, 29. Miralem Pyaniç, 81-penalti ilə - Admir Mehmedi, 46. Xavyer Ernandes, 51
Xal durumu: "Barselona" - 10. "Roma" - 5, "Bayer" - 4. BATE - 3
F qrupu
23:45. "Bavariya” (Almaniya) – "Arsenal” (İngiltərə) - 5:1
Qollar: Robert Levandovski, 10. Tomas Müller, 29; 89. David Alaba, 44. Aryen Robben, 55 - Olivye Jiru, 69
23:45. "Olimpiakos” (Yunanıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1
Qollar: Felipe Pardo, 65; 90 - Armin Hodziç, 21
Xal durumu: "Bavariya" - 9. "Olimpiakos" - 9. "Arsenal" - 3. "Dinamo" - 3.
G qrupu
23:45. "Çelsi” (İngiltərə) – "Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Qollar: Aleksandar Draqoviç, 34-öz qapısına. Villian, 83 - Aleksandar Draqoviç, 78
23:45. "Makkabi” (İsrail) – "Portu” (Portuqaliya) - 1:3
Qollar: Eran Zahavi, 75-penalti ilə - Kristian Tello, 19. Andre Andre, 49. Migel Layun, 72
Xal durumu: "Porto" - 10. "Çelsi" - 7. "Dinamo" - 5. "Makkabi" - 0.
H qrupu
23:45. "Lion” (Fransa) – "Zenit” (Rusiya) - 0:2
Qollar: Artyom Dzyuba, 25; 57
23:45. "Gent” (Belçika) – "Valensiya” (Belçika) - 1:0
Qol: Sven Kums, 49-penalti ilə
Xal durumu: "Zenit" - 12. "Valensiya" - 6. "Gent" - 4. "Lion" - 1.