Azərbaycan Premyer Liqasının XII turunda "Rəvan"ı qəbul edəcək "Neftçi" oyunun hazırlıqlarını davam etdiri. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Samir Əliyev bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcək.
Qapıçı Aqil Məmmədov və müdafiəçi Ailton Silva sarı vərəqə limitini doldurduğu üçün bu tur meydana çıxa bilməyəcəklər. Bir müddətdir zədədən əziyyət çəkən, komandayla birgə məşqlərini davam etdirən Araz Abdullayev və son turda "Sumqayıt"la oyuna zədəli halda çıxan Anyetenin "aslanlar"a qarşı forma geyinib-geyinməyəcəyi dəqiq bilinmir.
"Neftçi" üçün sevindirici xəbər isə Erik Ramosdan gəlib. Sarı vərəqə limitini doldurduğu üçün son turda meydanda olmayan Ramos "Rəvan"a qarşı top qova biləcək.
Qeyd edək ki, noyabrın 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rəvan" matçı saat 18:00-da start götürəcək.