Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Xəzər Lənkəran" lider "Qarabağ"ı, ardından "Neftçi" autsayder "Rəvan"ı qəbul edəcək.
Bu görüşün nəticəsi yalnız meydan sahiblərinin turnir cədvəlində yerlərini dəyişməsinə təsir edə bilər. Daha dəqiqi, hazırda 12 xalla 7-ci pillədə olan "Xəzər Lənkəran" "Qarabağ"la görüşdə xal itirsə, 13 xalla 6-cı pillədə olan "Neftçi"ni keçə bilməyəcək. Elə flaqman da qələbə qazanacağı təqdirdə, 19 xalla 5-ci pillədə yer alan "Kəpəz"i ötə bilməyəcək, yalnız fərqi 3-ə endirəcək.
Qonaqlara gəldikdə, xal itkisi ən yaxın izləyicisini 5 xal qabaqlayan "Qarabağ"ın mövqeyinə təsir etməyəcək. Hazırda 26 xalı olan Ağdam təmsilçisinin elə də yaxşı təsir bağışlamayan meydan sahibləri ilə qarşılaşmada xal itirəcəyi inandırıcı deyil.
Cəmi 2 xala malik "Rəvan" isə hələ də "Qələbə"yə həsrətdir. Üstəlik, "sarı-qırmızılar" 9-cu pillədəki AZAL-dan 7 xal geri qalırlar. Bəhmən Həsənovun baş məşqçi postuna qayıdışından sonra xal qazana bilməyən "aslanlar" qeyri-sabit çıxışı ilə seçilən flaqmandan xal almağa cəhd edəcəklər.
Azərbaycan Premyer Liqası, XII tur
8 noyabr (bazar)
16:00. "Xəzər Lənkəran” – "Qarabağ” - 0:1
Qol: Əfran İsmayılov, 33
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Xəzər Lənkəran” mərkəzi stadionu
Əvvəlki qarşılaşmalar: 33 oyun, +12=5-16, top fərqi 37-37
"Qarabağ” son 6 oyunda meydanı qolsuz tərk etməyib. "Xəzər Lənkəran”ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb.
18:00. "Neftçi” – "Rəvan” - 2:3
Qollar: Ruslan Qurbanov, 42; 90 - Nicat Muxtarov, 47. Yamin Ağakərimzadə, 50. Ruslan Tağızadə, 66
Qollar: Ruslan Qurbanov, 42; 90 - Nicat Muxtarov, 47. Yamin Ağakərimzadə, 50. Ruslan Tağızadə, 66
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bakcell Arena"
Əvvəlki qarşılaşmalar: 9 oyun, +8=0-1, top fərqi 14-5
"Neftçi” son 6 qarşılaşmada qalib gəlib. "Rəvan” indiyədək səfərdə xal qazana bilməyib.