1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
QALMAQAL! 8 olimpiya medalçısı dopinqdən rüşvətlə qurtulub
Rusiyanın 8 idmançısı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) məmurlarına böyük məbləğdə rüşvət qarşılığında dopinq cəzasından qurtulub. Sportnet.az-ın "The Sunday Times" nəşrinə istinadən məlumatına görə, hadisə 2012-ci il London Yay Olimpiya Oyunlarından öncə baş verib.
Sonradan həmin idmançılar Oyunların qalib və gümüş mükafatçıları olublar. Rüşvəti alanlar isə İAAF-ın sabiq prezidenti Lamine Diak və İAAF-ın antidopinq departamentinin keçmiş rəhbəri Qabriel Dolle olub. Rüşvətin ümumi məbləği 1,2 milyon avro təşkil edib.
Qeyd edək ki, Lamine Diak noyabrın 4-də koppupsiyada şübhəli bilinərək, həbs olunub. O və vəkili Ümumrusiya Atletika Federasiyasından rüşvət almaqda şübhəli bilinirlər.