1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanovun "Neftçi"dəki 11-liyi
"Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov Azərbaycan çempionatlarında 20-ci qolunu vurub. Sportnet.az-ın məlumatına görə, Premyer Liqada XII turun "Rəvan”la qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 20-yə 95-ci matçında çatıb.
Əvvəlki 5 mövsümdən dördündə (2010/2011 – 0, 2011/2012 – 2, 2012/2013 – 6, 2013/2014 – 4, 2014/2015 - 3) 15 qol vuran Qurbanov cari çempionatda 5-ci dəfə rəqib qapısına yol tapıb. Onun "Rəvan”ın qapısına vurduğu ilk top "ağ-qaralar”ın heyətindəki 10-cu qol olub. Sonradan bu rəqəmi 11-ə çatdıran hücumçu "Sumqayıt”da 9 dəfə fərqlənib.
Qurbanov hazırda Premyer Liqada çıxış edən oyunçular arasında qol sayı 20 və daha çox olan 19-cu futbolçudur. Bu göstəricidə Rəşad Abdullayev (54), Viktor İqbokoyi (46) və Vaqif Cavadov (43) ilk "üçlük”də qərarlaşıblar.
Qeyd edək ki, Ruslan Qurbanov Azərbaycan milli komandasının noyabrın 17-də Moldova ilə keçirəcəyi yoldaşlıq görüşünə çağırılan yeganə hücumçudur.