"Komandanın oyunundan razı qaldım. Oyundan öncə Mirhüseyn Seyidov və Nika Kvekveskiri zədə aldılar. Çətinliklərə baxmayaraq, yaxşı futbol sərgilədik. Düzgün oyun qurmuşduq və qələbə də qazana bilərdik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olan "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, komandada maliyyə vəziyyəti bir qədər çətin olsa da, futbolçular peşəkardırlar və həm meydanda, həm də məşqdə özlərini tam göstərirlər.
Baş məşqçi zədəli Rauf Əliyevin vəziyyətində danışıb: "Rauf oktyabrın 31-i Almaniyadan qayıtdı. O, hazırda bərpa prosesinin ilkin mərhələsindədir. Hər şey qaydasında getsə, 3-4 ay ərzində qayıda bilər. Biz heyət quran zaman düzgünlüyə riayət edirik. Sən ötən oyunda zəif çıxış etmisənsə, gələn oyunda yerini başqası tutur".
- Bu yaxınlarda demişdiniz ki, klubun fəxri prezidenti Cahangir Hacıyevin üzünü görməmisiniz. Karyeranızda belə hal olubmu ki, həm klubda problem olsun, həm də komanda liderlər qrupunda qərarlaşsın?
- İlk dəfədir ki, belə halla rastlaşıram. Futbolçular maliyyə ilə bağlı nəsə dedikdə onları klub prezidentinə yönləndirirəm. Başqa mükafat və digər bir şey yoxdur. Futbolçuya daha yaxşı təklif gələrsə, zorla saxlamaq olmaz. Bəzi futbolçuların müqaviləsi dekabrda bitir.
- Ruslan Əmircanov əsas komandada nə vaxt çıxış edəcək?
- O, indi hazırlıq prosesindədir və əvəzedici heyətdə çıxış edir. Artıq yavaş-yavaş onu əsas heyətə hazırlayırıq. Uzun müddət meydandan kənarda qaldığı üçün birbaşa əsas heyətə sala bilmərik. Bir az oyun praktikası lazımdır.
- Qışda yeni heyət qurulacaq, ya özünüzün "İnter"dəki gələciyiniz sual altındadır?
- Bu haqda heç nə deyə bilmərəm. Hər şey ola bilər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |