
AFFA-nın İntizam Komitəsi hakimləri təhiq edən futbolçunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, I Divizionun VIII turunun MOİK – "Bakılı" matçının 54-cü dəqiqəsində qonaqların futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir edib.
Nəticədə futbolçuya 4 oyunluq cəza verilib və klubu 400 manat ziyana düşüb. Oyunun 79-cu dəqiqəsində MOİK-in baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 100 manat cərimələnib.
Meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.







































































