Liberiya Futbol Assosiasiyasının başçısı Musa Biliti və UEFA-nın rəhbəri vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılmış Mişel Platini FİFA prezidenti seçkisinə buraxılmayıb. Sportnet.az-ın məlumatına görə, Platini cəza götürülməyənədək seçkidən kənarda qalacaq.
Beləliklə, seçkiyə buraxılan namizədlər UEFA-nın baş katibi Canni İnfantino, cənubi afrikalı Tokio Seksvale, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, FİFA baş katibinin sabiq müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının rəhbəri şeyx Salman ibn İbrahim əl-Xəlifə olub.
Qeyd edək ki, FİFA-ya 1998-ci ildə prezident seçilmiş Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı dalğasında postundan getdiyini elan edib. Yeni seçki 2016-cı il fevralın 26-na təyin olunub.