"Neftçi" bu gün "Karvan-Yevlax"la səfərdə keçirəcəyi Azərbaycan Premyer Liqasının XXX tur matçına itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a daxil olan məlumata görə, hücumçu Vensan Abubakar zədə səbəbindən Yevlax şəhər stadionundakı görüşdə iştirak edə bilməyəcək.
Yarımmüdafiəçi Sessi D`Almeyda isə "Qarabağ"la 30 aprel qarşılaşmasında sarı vərəqə alaraq limiti doldurduğu üçün komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" görüşünə saat 16:00-da start veriləcək.
















































































